Səudiyyədə şahzadənin olduğu helikopter qəzaya uğrayıb: 10 nəfər həlak olub

Səudiyyə Ərəbistanının cənubunda yüksək rütbəli məmurları daşıyan helikopter qəzaya uğrayıb.

Abzas.net xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı xəbər verib.

Qəza nəticəsində Abha Bölgə Əmirinin köməkçisi şahzadə Mansour bin Muqrin və helikopterdə olan digər 9 nəfər həyatını itirib.

Ölənlər arasında Əmir vəkili Selman el-Cerishi, Əmirliyin baş katibi Salih bin Abdullah el-Kadi, Asir Bölgəsinin polis rəisi Salih bin Süleyman el-Kerzai və digər yüksək vəzifəli şəxslər var.