Silahlı Qüvvələrə Yardım Fonduna son 15 ildə daxil olan vəsait açıqlanıb

Silahlı Qüvvələrə Yardım Fonduna son 15 ildə daxil olan vəsait açıqlanıb.

Abzas.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 noyabr 2017-ci il tarixədək 86.097.065,62 AZN, 212.873,88 ABŞ dolları, 8936,0 avro və 5000,0 rubl vəsait daxil olub.