ABŞ Konqresində oğru rejimlərə Maqnitski Aktının tətbiqi müzakirə ediləcək

2016-cı ildə Konqres әn pis insan haqları pozucularının vә dünyanın hәr hansı bir yerindә fәaliyyәt göstәrәn әn korrupsioner vәzifәli şәxslәrin ABŞ-a daxil olmasını və ABŞ-da olan aktivlərini bloklaşdıran Qlobal Maqnitski Aktını qəbul etmişdi. Bu qanun, hər il dekabrın 10-da (İnsan Hüquqları Günü) Konqresdə iclasın keçirilməsini tələb edir. Prezident ötən il ərzində qanunla nəzərdə tutulan hər bir xarici şəxsin siyahısını әhatә edən bir hesabat təqdim edir.

Korrupsiyaya qarşı mübarizə haqqında müddəalar kleptokratiya ilə mübarizə aparmaq üçün geniş və misli görünməmiş bir məsələdir. Korrupsiyaya qarşı mübarizə ənənəvi olaraq daxili islahatlara və ən yaxşı təcrübələrə yönəlir. Qlobal Maqnitski Qanunu ABŞ-a qlobal maliyyə sistemindən sui-istifadə edən şəxsləri və böyük korrupsiyaya kömək edənləri hədəf seçmәyә imkan verir.

Bu brifinqin әsas mәqsәdi ATƏT regionunda korrupsiyaya qarşı mübarizәdә Qlobal Maqnitski Aktından necә istifadə oluna biləcəyini izah etməkdir. Sanksiya siyahısına adların daxil edilmәs üçün nəzərdə tutulmalı olan şəxslərin və qrupların növlərini və bu cür yerləşdirmənin nəticələrini müzakirə etmәkdir.
Tədbir dekabrın 13-də keçiriləcək.