Ağdamın barama zavodundan 30-cu illərə aid fotolar

0

Sovetlər dövründə Ağdamda fəaliyyət göstərmiş baramaçılıq zavodunun fotolarını – babası və nənəsinin arxivini bizə izləyicimiz Səltənət Zülfüqarova təqdim edib.

“Fotolar oğlumun dərsi üçün ailə ağacı hazırlayarkən təsadüfən diqqətimi çəkdi”, Səltənət xanım BBC Azərbaycancaya müsahibəsində bildirib.

a
Ağdam Barama Təsərrüfatı Zavodunda iş zamanı. 1935-ci il.

Müsahibimizin dediyinə görə, ulu babası İsa İsmailov Ağdamdakı bu zavodda direktor, ulu nənəsi Siddiqə Əfəndiyeva isə baş aqronom işləyib:

aSƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ

“Nənəm əslən Şəkidən, Babam isə Lənbərandan -hazırda Bərdənin tərkibindədir – olublar. Hər ikisi Gəncədə ASXİ ( o zamankı Azərbaycan Kənd Təsərrüfatı İnstitutu) oxuyarkən tanış olublar və tezliklə evləniblər.”

aSƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ

“Öncə babam ixtisası üzrə Qubada işləyib, sonra isə həm nənəm, həm də babam Ağdamda ixtisasları üzrə Qrenazavoda (Ağdam Barama Təsərrüfatı Zavodu) təyin olunublar.”

aSƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ
Zavodun əməkdaşı tut ipəkqurdunu yemləyir. 1934-cü il

Səltənət xanım deyir ki, zavod İkinci Dünya Müharibəsi müddətində fəaliyyət göstərməyib.

aSƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ
Zavod işçiləri. 1934-cü il.

“Babamın müharibədə həlak olduğunu bildirilən qara kağızı gəlir, lakin sonralar əsir düşdüyü məlum olur.”

aSƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ
Zavodun işçiləri. 1937-ci il.

“Müharibə bitdikdən sonra Almaniyadan geri Sovetlərə – ailəsinə dönür. “

aSƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ

“Nənəm isə müharibə ərəfəsində öncə Bərdədə, sonra isə Zaqatalada müəllim kimi çalışır. “

aSƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ
Ağdam Barama Təsərrüfatı Zavodunun işçilərindən bir qrup. 1935-ci il

“Sülh bərqərar olduqdan sonra hər ikisi yenidən öz ixtisaslarına və iş yerlərinə qayıdırlar. Verilən məlumata görə, babam uzun müddət Qrenzavodun direktoru, nənəm isə baş aqronomu olmuşdur. Təqaüdə qədər bu sahədə çalışıblar.”

aSƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ
1934-cü il.

“Anladığım qədər bu fotoda kağıza ipəkqurdunun sürfələrini büküb tavandan asırlar ki, növbəti mövsümdə istifadə edə bilsinlər.”

aSƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ
aSƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ
Nuxa (hazırda Şəki) Qospitomnikdə toxum calaq edərkən. 25.07.1950

Müsahibimiz deyir ki, Şəkidə barama qurdunu qidalandırmaq üçün keyfiyyətli tut yarpaqları əldə etmək məqsədi ilə təcrübə calaqlar edilirmiş.

aSƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ
Sağda İsa İsmailov. Bərdə İpəkçilik Sovxozu, 1963-cü il, noyabr

“Babamın əsas iş yeri Ağdam rayonunda yerləşsə də, o digər rayonlara da tez-tez ezam olunurdu.”

aSƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ

Ağdam barama toxumu zavodu 1928-ci ildə fəaliyyətə başlayıb, istehsal gücü 300 kq olub. Ağdam şəhəri işğal olunanadək fəaliyyət göstərib.

aSƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ

Bu zavodun vəzifəsi yüksəkkeyfiyyətli barama toxumu (qrena) üçün qrena toxumu istehsalı və baramaçılıqla məşğul olan təsərrüfat subyektlərini sənaye tut toxumu ilə təchiz etmək olub.

aSƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ
aSƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ
Qubada elmi işçilər palıd ipəkqurdunun baramasını sortlaşdırırlar. 1938-ci il.

“Burdan belə qənaətə gəlmək olar ki, Azərbaycanda nəinki tut ilə qidalanan, hətta palıd yarpaqları ilə yetişdirilən barama növünü də araşdırırdılar.”

aSƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ
Nənəm, babam və qohumlarımız Şuşada, İsa bulağında istirahət edərkən.

“Şəklin mərkəzində oturan xanım ulu nənəm Siddiqə Əfəndiyeva və onun həyat yoldaşı ulu babam İsa İsmailovdur.”

aSƏLTƏNƏT ZÜLFÜQAROVA, İSA İSMAİLOVUN ARXİVİ
Ümumittifaq ipəkçilik müşavirəsində Ağdam rayonunun nümayəndələri. Bakı, 1948-ci il. İsa İsmaılov solda birincidir.