Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Bakıya gəlib

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar Bakıya gəlib.

Abzas.net xəbər verir ki, Klaar-ın səfəri iki gün davam edəcək.

Səfər çərçivəsində T.Klaar prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və başqa rəsmi şəxslərlə görüşü gözlənilir.

T.Klaar bu il noyabrın 13-də bu vəzifəyə təyin olunub.  Klaar-dan öncə bu vəzifəni, 2014-cü il iyulun 8-dən bu ilin noyabr ayına qədər səfir Herbert Salber icra edib.