Asiya İnkişaf Bankı Azərbaycana daha 250 mln. dollar kredit ayırıb

Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) Azərbaycana daha 250 milyon dollar kredit ayırıb.

Azbas.net xəbər verir ki, ADB-nin Azərbaycana 250 milyon dəyərində kreditin ayrılması bankın direktorlar şurası tərəfindən təsdiqlənib.

Kreditin Azərbaycan hakimiyyətinə dövlət sektorunda idarəetmənin təkmilləşdirilməsi və özəl sektorun iştirakı ilə iqtisadiyyatın diversifikasiyasına dəstək məqsədilə ayrıldığı bildirilir.

ADB-yə üzv olduğu 19 il ərzində Azərbaycana 4,1 mlrd. dollar dəyərində qrant və kreditlər ayrılıb.