Avstraliyada eynicinsli nikahlara icazə verən qanun qəbul olunub

Avstraliya parlamenti ölkədə eynicinsli nikahlara icazə verən qanunu qəbul edib.

Abzas.net xəbər verir ki, daha öncə referendum yolu ilə səs verməyə qoyulmuş bu məsələ seçicilərin böyük hissəsi tərəfindən dəstək qazanmışdı.

Dekabrın 7-də Avstraliyanın Nümayəndələr Palatasının qəbul etdiyi qanun nikahın təkcə kişiylə qadın deyil, “iki nəfərin birliyi” kimi müəyyənləşdirir.

Senat layihəni bir həftə öncə qəbul edib.