Azərbaycanın “arzuolunmaz şəxslər” siyahısında 600 nəfərin adı var

Azərbaycanın “arzuolunmaz şəxslər” siyahısında 600 nəfərin adı var.

Abzas.net xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

H.Hacıyevin sözlərinə görə, həmin adamlar işğal olunmuş ərazilərə qeyri-qanuni səfərlər etdiyinə görə bu siyahıya daxil ediliblər:

“Siyahıda təxminən 600 nəfər var. Bu il təxminən 10 nəfər “qara siyahı”dan çıxarılmaları üçün Azərbaycana müraciət edib. Onlardan bəziləri siyahıdan çıxarılıb”.