Bakı əhalisinin sayı açıqlanıb

Bakı şəhər Statistika İdarəsi paytaxtın əhalisinin sayını açıqlayıb.

Azbas.net xəbər verir ki, 2017-ci il oktyabr ayının 1-i vəziyyətinə paytaxtın əhalisi 2 milyon 258 min 400 nəfər təşkil edib.

Bu rəqəm, Bakının ilin əvvəlində olan əhali sayından 12,6 min nəfər və ya 0,5 faiz çoxdur.

Statistikaya görə, əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 1055 nəfər olub.

2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş verib.