Bakıda 705 mindən çox şəxs məsuliyyətə cəlb edilib

Piyadaların avtomobillərlə vurulması Bakı şəhəri üzrə bu il ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin 67 faizini təşkil edir.

Abzas.net  xəbər verir  ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, bu il yanvarın 1-dən indiyə qədər yol-hərəkət qaydalarını pozan 85 min piyada keçirilən tədbirlər nəticəsində inzibati məsuliyyətə cəlb edilib: “Bununla yanaşı, təbliğat işlərinin aparılmasına da üstünlük verilib”.

Bölmə rəisi əlavə edib ki, həmçinin yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə avtomobil sürücülərinə qarşı 620 mindən artıq inzibati protokol tərtib edilib.