Bakıda Azərbaycan, Türkiyə və İran XİN rəhbərləri arasında növbəti görüş baş tutacaq

Dekabrın 20-də Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Abzas.net xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun, İran xarici işlər naziri Mohammad Javad Zarif-in və Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun bir araya gələcəyi bu görüş sayca beşinci üçtərəfli görüş olacaq. Birinci görüş İranda, ikinci görüş Azərbaycanda, üçüncü görüş Türkiyədə keçirilib. Sonuncu görüş isə yenə də İranda gerçəkləşib.

Görüşdə üçtərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.