Bakıda kafedə faciə

Ötən gecə Bakıda kafedə ölüm hadisəsi baş verib.

Hadisə Yeni Günəşli qəsəbəsində qeydə alınıb. 27-30 yaşlı oğlan kafedə olarkən özünü pis hiss edib və yıxılıb. Az sonra məlum olub ki, gənc oğlan ürək tutmasından ölüb.

Faktla bağlı araşdırma aparılır. Ölümün dəqiq səbəbləri təyin olunan ekspertizadan sonra məlum olacaq.