Baş redaktor 200 manat cərimələndi

Binəqədi rayon məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi keçirilib.

Abzas.net xəbər verir ki, proses qapalı olub. Ə.Zeynallının qohumları, ailə üzvləri məhkəmə zalına buraxılmayıb. Maraqlıdır ki, prosesdə vəkil də iştirak etməyib.

Məhkəmənin qərarı ilə Əvəz Zeynallı 200 manat cərimə olunmaqla sərbəst vuraxılıb. 
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının dünən dekabrın 19-da polisə aparılıb. Bu haqda jurnalistin həyat yoldaşı Məlahət Qisuri məlumat vermişdi.