Bitkoin 12 min dollar səviyyəsini aşaraq öz rekordunu yeniləyib

Bitkoin virtual kriptovalyutanın qiyməti 12 273 dollara yüksəlib.

Abzas.net xəbər verir ki, ilin əvvəlindən 12 dəfədən çox bahalaşaraq 12 min dollar səviyyəsini aşan bitkoin öz rekordunu yeniləyib.

Dekabrın 18-dən təşkilatlanmış kapital bazarlarında bitkoin tədavülə başlayacaq. bitkoinlə ABŞ-ın CME və CBOE birjalarında fyuçers əməliyyatlarına start veriləcək.

Bahalaşmaya əsas səbəb kimi məhz bu amillər göstərilir.