Britaniyanın baş nazirinin köməkçisi pornoqrafik materiallara görə istefa verib

Ingiltərənin baş naziri Theresa May-in yardımçısı Damian Green pornoqrafiya qalmaqalı ucbatından istefa verib.

Abzas.net xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Green istefa məktubu yazıb və üzr istəyib.

2008-ci ildə Green-in iş kompüterində “uşaq pornoqrafiyasına aid materiallar” tapılması ilə bağlı iddialara “səhv və yanıldıcı” cavab verməsi məlum olub. Bundan sonra o, istefaya getmək məcburiyyətində qalıb. Belə ki, Green 2008-ci ildə iş kompüterində tapılan pornoqrafik fayllardan xəbərsiz olduğunu bildirmişdi.

Keçmiş baş nazir yardımçısı “açıqlamasının yanıldıcı olmasına görə” üzr istəyib.

Damian Green baş nazir Theresa May-in ən yaxın adamlarından hesab edilirdi. Theresa May Green-in istefasına görə üzüldüyünü açıqlayıb.

Son iki ay ərzində bu, May-in hökumətində üçüncü qalmaqallı istefadır. Bundan əvvəl müdafiə və beynəlxalq əlaqələrin inkişafı nazirləri də istefaya getmişdi.