Daha bir marşrut xətti ləğv edilib

Marşrut xətlərinin optimallaşdırılması tədbirləri çərçivəsində bir marşrut xətti ləğv edilib.

Abzas.net xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat verib.

Məlumatda bildirilir ki, 155 nömrəli marşrut xətti (metronun “Azadlıq” stansiyası – Mehdiabad qəsəbəsi – Fatmai qəsəbəsi) ləğv edilib.

Həmin marşrut xətti üzrə sərnişinlərin daşınması 108 nömrəli marşrut xətti ilə hərəkət edən avtobuslar vasitəsi ilə təmin ediləcək. Sərnişin axını nəzərə alınaraq, ləğv edilən 155 nömrəli marşrut xətti üzrə mövcud olan nəqliyyat vasitələri 108 nömrəli marşrut xəttinə əlavə olunmaqla xətt üzrə avtobus sayı artırılacaq.