DİM imtahanlarda pozuntulara yol verən 205 nəzarətçi müəllimi bazadan çıxarıb

Məleykə Abbaszadə

Bu il Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda iştirak etmiş 205 nəzarətçi-müəllim bazadan xaric edilib.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 205 nəzarətçi-müəllim müxtəlif qayda pozuntularına, köçürmə hallarına yol verdikləri üçün bazadan xaric olunublar.

M. Abbaszadə qeyd edib ki, nümunəvi fəaliyyətinə görə 1000 nəzarətçi müəllimə təşəkkür elan edilib, 15 nəzarətçi-müəllim və 5 imtahan rəhbərinin Fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul edilib.