Fazil Məmmədov Kəmaləddin Heydərovun yeznəsini işdən çıxartdı

Vergilər Nazirliyinin insan resursları departamentinin baş direktoru Faiq Şahbazov tutduğu vəzifədən öz ərizəsi ilə istefa verib.

F.Şahbazov öz ərizəsini Vergilər Naziri Fazil Məmmədova təqdim edib.

Nazir baş direktorun ərizəsini qəbul edib və Faiq Şahbazovu vəzifəsindən azad edib.

Nazir onun yerinə kiçik vergi xidməti müşaviri Süleymanov Elməddin Nizaməddin oğlunu insan resursları departamentinin müvəqqəti baş direktoru vəzifəsinə təyin edib.

Xatılaladaq ki, Faiq Şahbazov Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun bacısının həyat yoldaşıdır.

Əvvəlki məqaləYəməndə toqquşmalar davam edir: ölənlərin sayı 245 nəfərə çatıb
Növbəti məqalədəStatistika Komitəsi: “Bakıda 17 min 576 nəfər işsiz var”