Gürcüstanın GUAM PA-dakı nümayəndə heyətinə yeni rəhbər təyin olunub

Gürcüstanın GUAM Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinə yeni rəhbər təyin olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, hakim “Gürcü Arzusu” partiyasının parlament fraksiyası nümayəndə heyətinin rəhbəri Kaxaber Kutçavanı Giorgi Mosidze ilə əvəz edib.

K.Kutçava ötən ilin dekabrında Gürcüstanın GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri təyin olunmuşdu.