Həbsxanada qətl: Dəstə rəisi dustağı döyərək öldürüb

13 saylı cəzaçəkmə müəssisəsində qətl hadisəsi baş verib.

Abzas.net xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Xədicə İsmayıl öz “Facebook” səhifəsində məlumat yayıb.

Həmçinin məlumatda bildirilir ki, buna etiraz edən NİDA Vətəndaş Hərəkatının üzvü, “Heykəl məhbusu” kimi tanınan Bayram Məmmədov “kars”a salınıb:

“Sabirabaddan olan Fərhad adlı dustağı dəstə rəisi Elman döyərək öldürüb. Ölüm hadisəsi bu gün günortadan sonra olub. “Heykəl məhbusu” Bayram Məmmədov bu hadisəyə etiraz etdiyindən döyülüb və karserə salınıb”.

Əvvəlki məqaləİƏT Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyıb
Növbəti məqalədəYunanıstan Ali Məhkəməsi rus hakerin ABŞ-a ekstradisiyası barədə hökm verib