İlham Əliyev Avropa İttifaqının nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib.

Abzas.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Klaar-ın xarici işlər naziri Elmar Məmmədyarovla və digər rəsmi şəxslərlə görüşü gözlənilir.