İlham Əliyev Britaniyanın nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Böyük Britaniyanın nümayəndə heyətini qəbul edib.

Abzas.net xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baroness Rona Fairhead-in başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.