İlqar Məmmədovun vəkili Novruz Məmmədova cavab verdi

«İlqar Məmmədov elektron bilərzikdə gəzmək niyyətində deyil. İlqar Məmmədov şərti olaraq azadlığa buraxılmasını xahiş etməyəcək».

Abzas.net xəbər verir ki, bunu REAL Hərəkatının həbsdəki lideri İ.Məmmədovun vəkili Fuad Ağayev bunu prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun açıqlamasını şərh edərkən bildirib.

«İlqar Məmmədov şərti olaraq vaxtından əvvəl həbsdən buraxılmaq üçün müraciət etmək niyyətində deyil», – deyən vəkil REAL Hərəkatının liderinin azadlığa buraxılmasının hakimiyyətin əlində olduğunu bildirib.

«İlqar Məmmədovu hakimiyyət həbs edib, o da azad etməlidir. İlqar Məmmədov şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmaq üçün xahiş etmək, sonra da elektron bilərzikdə gəzmək niyyətində deyil», – vəkil vurğulayıb.