İnstaqram Kadırovun hesabını blokladı

Çeçenistanın prezidenti Ramzan Kadırov instaqram sosial şəbəkəsindəki hesabının bloklanmasından məmnun olduğunu söyləyib.

“Uzun müddәtdir hesabımı bağlamağı düşünürdüm, lakin dostlarım və abunəçilərimə görə bunu etmirdim.  İnstaqram və feysbukda onların sayı dörd milyondan çox idilәr”, – deyә Kadırov teleqramdakı telekanalında 23 dekabr şənbə günü yazıb. Kadırov bildirib ki, bloklanmadan sonra instaqramın texniki dəstək xidmətinə müraciət edib, lakin cavab verilmәyib.

Kadırov bildirib ki, şirkət rəhbərliyi rəsmi Vaşınqtondan asılı olmadığı görüntüsün yaradır. Çeçen lider adının “Maqnitski siyahısına” daxil olduqdan dərhal sonra təqib olunduğuna da diqqət çəkib.