İsrail polisi ilə toqquşmada 300-dən çox fələstinli yaralanıb

Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail güc strukturları ilə fələstinlilər arasında toqquşmalar baş verib.

Abzas.net xəbər verir ki, yaralıların sayı 300 nəfəri keçib.

Bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat verib:

“İğtişaşlarda 170 fələstinli yaralanıb, onlardan 50-si güllə yarası alıb, 5 nəfərin vəziyyəti ağırdı. 100-dən çox insan gözyaşardıcı qazdan zəhərlənib”.