Misirdə kilsəyə hücum olub: 9 nəfər ölü, 10 nəfər yaralı var

Misirin paytaxtı Qahirədə kilsəyə hücum olub.

Abzas.net xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyinə istinadən xarici KİV yayıb.

Məlumata görə, Misirin paytaxtı Qahirənin yaxınlığında yerləşən Xeluan şəhərində naməlum silahlı şəxslər Mar-Mina kilsəsinə hücum edib.

Hadisə nəticəsində dördü polis olmaqla 9 nəfər ölüb. Daha 10 nəfərin yaralandığı bildirilir.

Hücum edənlərdən biri polis tərəfindən zərərsizləşdirilib. Digər şəxslər qaçmağa müvəffəq olub. Hücumda 5 nəfərin iştirak etdiyi bildirilir.