“Nərgiz mükafatı” Mehman Hüseynova verildi

Bu gün “Nərgiz” mükafatının təqdimat mərasimi keçirilib.

 Abzas.net xəbər verir ki, tədbirdə siyasi, ictimai təşkilatların təmsilçiləri, jurnalistlər iştirak ediblər. Artıq neçə ildir ki, bu mükafat Azərbaycanda demokratiyanln təntənəsi uğrunda mübarizə aparan şəxslərə verilir. Bu gün “Nərgiz” mükafatı siyasi məhbus, videobloger Mehman Hüseynova verilib.  Nərgiz Azərbaycan müxalifətinin görkəmli nümayəndələrindən biri olan, keçmiş siyasi məhbus Tofiq Yaqublunun qızıdır. Nərgiz özü də müxalif gənclərdən biri kimi tanınırdı.