Nyu-Yorkda partlayış törədilib

Nyu-York polisinin bildirdiyinə görə, bu gün, 2 saat əvvəl Nyu-Yorkun avtobus stansiyası yaxınlığında partlayış törətməkdə şünbəli bilinən şəxs həbs edilib. Polis azı 4 nəfərin yaralandığını bildirib.

Polis partlayıcı qurğunun yalnız bir şəxsin üzərində olduğunu və həmin şəxsin də yaralandığını bildirib. Lakin hansı qurğudan istifadə edildiyi barədə məlumat verilməyib.

İlkin məlumatlarda partlayışda boru bombasından istifadə edildiyi bildirilmişdi.

Manhettanın turistlərin çoxluq təşkil etdiyi Times Square meydanındakı metro stansiyası da daxil edilməklə, insanlar ərazidəki üç metro stansiyasından evakuasiya edilib.

Ağ Evin sözçüsü Sara Hakkabi Tweeter səhifəsində prezident Donald Trampın hadisə ilə bağlı məlumatlandırıldığını bildirib.

Nyu-York ştatının qubertnatoru Endryu Kuomo və Nyu-York şəhərinin meri Bill De-Blasionun da hadisədən xəbərdar olduğu deyilir.