Pakistanda kilsəyə kamikadze hücumu: 5 ölü, 20 yaralı

Pakistanda protestant kilsəsində ibadət zamanı 4 terrorçu-kamikadze özünü partladıb.

Nəticədə azı 5 nəfər ölüb, 20 nəfər yaralanıb.

Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub.

Bundan əlavə, partlayış baş verən ərazidə atəş səsləri eşidilir.

Bəlucistan əyalətinin daxili işlər naziri Sarfaz Buqti bildirib ki, terrorçulardan biri kilsə yanında zərərsizləşdirilib.