Paytaxtda iki marşrut xəttinin hərəkət istiqaməti müvəqqəti olaraq dəyişib

Bu gün səhər saatlarından Bakının Süleyman Sani Axundov küçəsində aparılan qazıntı işləri ilə bağlı yol anidən hərəkət üçün dayandırılıb.

Abzas.net xəbər verir ki, bununla bağlı 6 və 8 saylı marşrut xətlərinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib.

Bu barədə “Baku Bus” MMC-nin açıqlamasında bildirilir.

Məlumatda bildirilir ki, Azadlıq prospekti, Süleyman Sani Axundov küçəsi ilə hərəkət edərək “Azadlıq” metro stansiyasının dayanacağına daxil olan 6 və 8 saylı xətt üzrə hərəkət edən avtobuslar müvəqqəti olaraq, hər iki istiqamətdə Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələri ilə hərəkət edirlər.