Putin Türkiyəyə gedir

Rusiya Prezidenti Vladimir Putin, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti dekabrın 11-də Ankaraya gedəcək.

Abzas.net xəbər verir ki, bu barədə Türkiyə prezidenti administrasiyası məlumat yayıb. Türkiyə prezidenti Ərdoğanla Rusiya Prezidenti Putinin Ankarada keçirəcəkləri görüşlərdə Türkiyə və Rusiya arasında ikitərəfli münasibətlər ilə bərabər, Qüds mövzusundakı son hadisələr, Suriyadakı vəziyyət, regional və beynəlxalq məsələlər haqqında da fikir mübadiləsi aparılacaqdır.