“Qarabağ” “Roma”ya məğlub oldu

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 6-cı turuna start verilib.

Qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən “Qarabağ” İtaliyada “Roma”nın qonağı olub.

Qrupdan çıxmaq şansını itirən Ağdam klubu sonuncu oyunda da məğlub olub. Perottinin vurduğu yeganə qol meydan sahiblərinə qələbə gətirib.

Xatırladaq ki, “Roma” ilə “Qarabağ” arasında Bakıda keçirilən görüş İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.