Qeydiyyata alınan dini icmaların sayı 800-ə yaxınlaşır

Bu gün, dekabrın 22-si yeni qeydiyyatdan keçən daha 9 dini icmaya şəhadətnamələr təqdim edilib.

Abzas.nt xəbər verir ki, bu barədə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, təqdimat mərasimində komitə sədrinin birinci müavini Siyavuş Heydərov dini icmaların cəmiyyətin mənəvi-ruhi tarazlığının saxlanmasında və doğru maarifləndirilməsində böyük rola malik olduğunu bildirib.

O, bu sahədə din xadimlərinin üzərinə düşən vəzifələrdən danışıb. Eyni zamanda yeni qeydiyyata alınan dini icma sədrlərinə milli-mənəvi dəyərləri daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini təkmilləşdirməyi tövsiyə edib.

Yeni qeydiyyata alınan dini icmalar Sumqayıt şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşirlər.