Qızılın qiymətində 2.5 dollar artım baş verib

Amerika fond bazarında “Dow Jones” indeksi 0,11% – 24 774,30 bəndədək, “S&P 500” 0,08% – 2 682,62 bəndədək, NASDAQ isə 0,04% – 6 939,34 bəndədək ucuzlaşıb.

Avropa fond bazarlarında “FTSE 100” indeksi 0,37% – 7 620,68 bəndədək artıb, Almaniya DAX-ı 0,02% – 13 070,02 bəndədək azalıb, Fransa CAC-40-ı isə 0,08% – 5 368,84 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,50 dollar artaraq 1 293,90 dollara, gümüşün qiyməti isə 0,04 dollar artaraq 16,80 dollara satılıb.