Qvatemala İsraildəki səfirliyini Qüdsə köçürəcək

ABŞ-ın ardınca, Qvatemala da İsraildəki səfirliyini Qüdsə köçürmək qərarına gəlib.

Abzas.net xəbər verir ki, bu barədə Qvatemalanın prezidenti Jimmy Morales məlumat verib.

Morales öz “Facebook” səhifəsində belə bir qərar verdiyini bəyan edib.

Qvatemala prezidenti bu məsələni artıq İsrailin baş naziri ilə müzakirə etdiyini də bildirib:

“Bu gün mən İsrailin baş naziri Benjamin Netanyahu ilə danışdı. Vacib mövzulardan biri Qvatemala səfirliyinin Qüdsə geri qaytarılması oldu. Bildirirəm ki, mən bunun belə də oması üçün xarici işlər nazirinə müvafiq işlərə başlamaq barədə göstəriş vermişəm”.