Rəhim Qazıyev saxlanılıb

Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyevi polis saxlayıb.

Abzas.net xəbər verir ki, bu barədə Facebook səhifəsində jurnalist Əvəz Zeynallı yazıb. R.Qazıyev Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Bölmənin növbətçi hissəsindən polis mayoru Çingiz Səfərov Rəhim Qazıyevin saxlanılmasını keçmiş müdafizə nazirinin ailə üzvlərinə təsdiq edib və bildirib ki, sabah saat 10-na kimi bölmədə saxlanılacaq.

R.Qazıyevin hansı səbəbdən saxlanılması barədə isə heç bir məlumat verilməyib.

Qeyd edək ki, R.Qazıyev 1992-ci il martından 1993-cü il fevralına qədər Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində çalışıb.