Rəhim Qazıyevin harda olduğu bilinmir

«Dekabrın 26-da vəkil Zibeydə Sadıqova ilə müqavilə imzaladıqdan sonra Rəhim Qazıyevin axtarışına başladıq. İlk əvvəl onun dekabrın 25-də saxlandığı deyilən Nərimanov Rayon Polis İdarəsinin 17 saylı Polis Bölməsinə gəldik».

Bunu «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib. Onun deməsinə görə, adıçəkilən polis bölməsindən R.Qazıyevin Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparıldığını deyiblər.

Baş redaktor deyir ki, bundan sonra şəhər polisinə gediblər:

«Bakı Şəhər Baş Polis İdarəsində isə dedilər ki, sizə səhv məlumat veriblər, ümumiyyətlə, bura elə bir şəxs gətirilməyib. Odur ki, axtarışları davam etdiririk».

Dəfələrlə cəhd etsək də, bütün bunlarla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən münasibət almaq mümkün olmayıb.

Vəkil Rəhim Qazıyevi axtarır

Vəkil Rəhim Qazıyevin yerini müəyyən etməyə çalışacaq.

Bu barədə «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat yayıb. O deyib ki, vəkil Zibeydə Sadıqova R.Qazıyevin müdafiəsinə cəlb edilib:

«Artıq onunla müqavilə bağlanıb. Vəkil Rəhim Qazıyevin yerini müəyyən etməyə çalışacaq».

MƏNBƏazadliq.org
Əvvəlki məqaləİlkin Rüstəmzadənin səhhətində problemlər yaranıb
Növbəti məqalədəMəmməd İbrahimin müraciətini təmin etməyən məhkəmə onu həbsdə saxlayıb