Rusiya qış olimpiya oyunlarından uzaqlaşdırıldı

Photo by Julian Finney/Getty Images

Rusiya yığması 2018-ci ildə keçiriləcək Qış Olimpiya oyunlarından uzaqlaşdırılıb.

Abzas.net xəbər verir ki, bununla bağlı Beynəlxalq Olimpiya Komitəsi qərar çıxarıb.

Qan analizlərində dopinq tapılmayan “təmiz” idmançılar Cənubi Koreyanın Pxonçxan şəhərində 2018-ci ildə keçiriləcək Qış Olimpiya oyunlarında neytral bayraq altında çıxış edə biləcək.

Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovu, sabiq idman naziri Vitaliy Mutkonu və onun müavini Yuri Naqornını həmişəlik beynəlxalq qurumun üzvlüyündən məhrum edib.