Rusiya səfiri öldürülən sərginin təşkilatçısı həbs olundu

Ankara məhkəməsi Rusiya səfirinin öldürüldüyü ötənilki sərginin təşkilatçısı Mustafa Teymur Özkanı həbs edib.

Həmin sərgidə polis işçisi Mövlud Mərd Altıntaş Rusiya səfiri Andrey Karlovu ölümcül yaralamışdı. Bu barədə Türkiyənin “Sabah” qəzeti yazır. Özkanın həbsinin səbəbi kimi hakimiyyət Rusiya səfirinin ölümündə “cinayətdə iştiraka qəsdən cəhd”i göstərib.

Eyni zamanda prokurorluq bildirir ki, istintaq Altıntaşla onun bütün telefon danışıqlarında gərəkli informasiyaları alıb.

“Bundan qabaqsa səfirin ölümündə bağlılıqları şübhə doğuran 3-ü polis olmaqla 5 nəfər tutulmuşdu” – “Sabah” qəzeti yazır.

Səfirə ötən il – 2016-cı il dekabrın 19-da keçirilən “Rusiya türklərin gözü ilə” adlı sərgidə çıxışı zamanı hücum olmuşdu. Andrey Karlov aldığı güllə yaralarından ölmüşdü.

Səfirə atəş açan Altıntaş isə polislə atışmada öldürülmüşdü.

“Sabah” qəzeti Ankara prokurorluğuna istinadla yazır ki, Altıntaş FETÖ qruplaşmasının ABŞ-da yaşayan lideri Fətullah Gülənlə şəxsən tanış olub.