Saakashvili saxlanıldı

Odessa vilayətinin sabiq qubernatoru, “Yeni qüvvələr hərəkatı”nın rəhbəri  Micheil Saakashvili saxlanılıb.

Abzas.net xəbər verir ki, bunu “Facebook” səhifəsində Ukraynanın baş prokuroru Yuri Lutsenko yazıb.

O bildirib ki, Saakashvili müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Onun barəsində istintaq hərəkətlərinin aparılması və məhkəməyə qətimkan tədbirinin seçilməsi üçün müraciət edilməsi planlaşdırılır.

Saakashvili-nin tərəfdarı David Sakvarelidze isə “Facebook” səhifəsində keçmiş qubernatorun Askoldovaya, Ukraynanın Təhlükəsizlik Xidmətinə aparıldığını yazıb.