Saakashvilinin tərəfdarları “impiçment yürüşü” keçirirlər

Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru Mixeil Saakashvilinin tərəfdarları Kiyevdə yürüş keçirirlər.

Abzas.net xəbər verir ki, etirazçılar Şevchenko Parkından Müstəqillik meydanına tərəf yürüş edib.

Aksiya iştirakçıları Ukrayna prezidenti Petro Poroshenkonun istefasını tələb edirlər.

Təşkilatçılar aksiyaya 10 min nəfərin içtkra etdiyini deyir.

Xatırladaq ki, Saakashvili cümə günü saxlanıb. Hazırda Ukrayna Təhlükəsizlik Şurasının təcridaxanasında saxlanan sabiq qubernator müddətsiz aclıq elan etdiyi bildirib.

Saakashviliyə qarşı cinayətkar dəstələrlə əlbir olmaq ittihamı irəli sürülüb.