Saatlı və Salyan rayonlarının Polis Şöbələrinə yeni rəis təyinatları olub.
Məlumata görə, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə rəis təyin edilib.
Ramil Usubovun digər əmri ilə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev Saatlı RPŞ-nə rəis təyin edilib.