Sabaha olan hava proqnozu açıqlanıb: qar və yağış yağacaq

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Abzas.net xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti məlumat verib.

Dekabrın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüzdən başlayaraq isə bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacağı gözlənilir.