Sahil stansiyası istifadəyə verildikdən sonra, Xətai stansiyası təmirə bağlanacaq

“Bakı Metropoliteni” QSC-nin “Xətai” stansiyası 2018-ci ildə təmirə bağlanacaq.

Bu barədə metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

Nəsimi Paşayevin sözlərinə görə, “Xətai” stansiyası 1968-ci ildə istifadəyə verilib:

“Stansiyada olan eskalatorlar da 1968-ci ildə quraşdırılıb. Yəni, gələn il həmin eskalatorlar 50 illik istismar müddətini başa vurur. Biz də planlaşdırırıq ki, 2018-ci ildə “Xətai” stansiyasını təmirə bağlayaq”.

N.Paşayev bildirib ki, hazırda “Sahil” stansyasında təmir işləri davam etdirilir:

“Böyük ehtimalla “Sahil” stansiyası yayda istifadəyə verildikdən sonra “Xətai” stansiyasını təmirə saxlaya bilərik”.