Telekanalların siyahısına yeni adlar daxil edilib

Azərbaycanda kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanallarının siyahısına yeni TV-lər əlavə edilib.

Abzas.net xəbər verir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarına əsasən, Belarusun “Belarus 24”, Azərbaycanın “Muz TV” və “Dalğa” telekanalları kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanallarının siyahısına əlavə olunub.

Xatırladaq ki, bir müddət əvvəl MTRŞ-da “Muz TV Azərbaycan” MMC və “Dalğa” TV-yə peyk yayımı üçün lisenziya verilməsi barədə qərar qəbul olunub.