Ukrayna baş nazirinin köməkçisi FSB agenti olmaqda şübhəli bilinir

Ukrayna baş nazirinin köməkçisi FSB agenti olmaqda şübhəli bilinir.

Abzas.net xəbər verir ki, dekabrın 20-də Ukrayna baş naziri Volodymyr Hroysman-ın köməkçisi Stanislav Yezhov Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) agenti olmaqda şübhəli bilinərək saxlanıb.

Yezhov “işğalçı ölkənin təhlükəsizlik xidmətlərinin maraqlarına uyğun xidmət etməkdə” şübhəli bilinir.

Bir çox səfərlər zamanı baş naziri müşaiyət edən və ona tərcüməçilik edən Yezhov, daha öncə Ukraynanın Birləşmiş Ştatlardakı səfirliyində çalışıb.