Vaxtı keçmiş kreditlər 16 faizə çatıb

Noyabrın 1-dək ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12152,2 milyon manat təşkil edib.

Abzas.net xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.

Dövlət Statistika Komitəsindən bildirilir ki, ümumi kredit portfelinin 9869,0 milyon manatı və ya 81,2 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,5 faizi banklar, 3,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1889,6 milyon manata çatıb və ümumi kredit portfelinin 15,5 faizinə bərabər olub.