Villar İspaniya Futbol Federasiyasının prezidenti vəzifəsindən uzaqlaşdırılıb

İspaniya Krallığının Futbol Federasiyasının (RFEF) prezidenti Angel Maria Villar tutduğu vəzifədən uzaqlaşdırılıb.

Abzas.net xəbər verir ki, Villar-ın postunu tərk etməsinə İspaniya İdman Arbitraj Məhkəməsi qərar verib.

Bu ilin iyulun 18-də Villar, oğlu Gorka və RFEF-in vitse-prezidenti Juan Pardon keçirilən reyd zamanı İspaniya vətəndaş qvardiyasının bölmələri tərəfindən həbs olunublar. Həbs edildikdən dərhal sonra Villar İspaniya Ali İdman Şurası (CSD) tərəfindən RFEF-in prezidenti postundan uzaqlaşdırımışdı.

Angel Maria Villar, Gorka Villar və Juan Pardon 45 milyon avroya yaxın məbləğin mənimsənilməsində ittiham edilirlər.

Bundan əlavə, federasiyanın keçmiş prezidenti RFEF rəhbəri seçkisində təşkilatın vəsaiti ilə regional federasiyaların rəhbərlərini satın almaqda şübhəli şəxs hesab edilir.

Villar eyni zamanda FİFA Şurasının böyük vitse-prezidenti və Uefanın vitse-prezidenti kimi vəzifələri tutub.

Bundan əlavə, Michel Platini vəzifəsindən getdikdən sonra, Villar UEFA prezidenti vəzifəsini icra edib.