Əfqanıstanda matəm: Kabil hücumunda 100-dən çox adam ölüb

Kabildə şənbə günü intiharçı hücumu zamanı törədilmiş partlayış nəticəsində ölənlərin sayının 100-dən çox olduğu bildirilir.

Hökümət binaları və səfirliklərin yerləşdiyi zonadakı izdihamlı küçəyə hücumçular yoxlama-buraxılış məntəqəsindən təcili tibbi yardım maşınında keçərək çata bilibmiş.

Əfqanıstan höküməti bazar günü ölkədə matəm elan edib.

Hücuma görə məsuliyyəti üzərinə Taliban götürüb.

Şənbə günü törədilmiş hücum ölənlərin sayına görə, son aylarda Əfqanıstanda baş vermiş ən qanlı hadisədir.

Bir həftə əvvəl Kabildə mehmanxanaya hücum nəticəsində 22 nəfər həlak olmuşdu.

Daxili İşlər naziri Veys Barmak bildirb ki, şənbə günü hücumunda ölənlərin sayı 103 nəfərə çatıb, 235 nəfər isə yaralıdır. Yaralıların əksəriyyəti kişidir.