Əfqanıstanda partlayış baş verib: azı 40 ölü, 150-ə yaxın yaralı var

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib.

Abzas.net Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 40 nəfər ölüb.

Partlayış zamanı 150-ə yaxın insanın müxtəlif xəsarətlər aldığı bildirilir.

Partlayış  Əfqanıstan Daxili İşlər Nazirliyinin keçmiş binasının yaxınlığında baş verib.

Hadisə içərisində terrorçunun olduğu minalanmış avtomobilin partladılması nəticəsində baş verib.